David Guetta – Where Them Girls At feat. Flo Rida
Radionu dinlə: 128 kb/s 64 kb/s 32 kb/s 16 kb/s

Macar rejissor təcrübəsini azərbaycanlılarla bölüşəcək

Macarıstanın təcrübəli teatr rejissoru Hudi Laszlo Azərbaycana gəlir. O, bir ay ərzində şəhərimizin qonağı olacaq, teatr sahəsi ilə bağlı müxtəlif işlər görəcək.


Alternativ və Müstəqil Teatr Assosiasiyasının prezidenti Azərbaycanda master-klass keçəcək. Bundan başqa o, paytaxt və bölgə teatrlarının məşqlərində iştirak edəcək və repertuarda olan tamaşaların bəzilərini izləyəcək.


Bu həftə onun Gənc Tamaşaçılar Teatrında rejissor və aktyor heyəti üçün master-klass keçəcəyi nəzərdə tutulur. Həmçinin, məşqləri davam edən macar səhnə əsərinin hazırlıq işlərində yaxından iştirak edərək öz tövsiyələrini verəcək.

Macarıstandakı Əcnəbi Teatrlar Assosiasiyasının prezidenti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr üçün də treninqlər keçəcək. O, bilik və təcrübəsini gənc həmkarları ilə bölüşəcək.


Qeyd edək ki, Hudi Laszlonun rəhbəri oldugu teatr xarici ölkələrdə 50-dən çox qastrol səfərində olub. Onların repertuarında ən çox uğur qazanan tamaşalar sırasında "Janna d`Ark" (1995), "Romeo və Cülyetta" (1996), "Albalı bağı" (1998), "Kişi faciəsi (2000), "Don Juan" (2001) və digərləri var.

Показывать фото: 
Показать в ноде