David Guetta – Where Them Girls At feat. Flo Rida
Radionu dinlə: 128 kb/s 64 kb/s 32 kb/s 16 kb/s

Brilliant Dadaşovaya eksklüziv hədiyyə etdilər

Müğənni Rəqsanə İsmayılovanın qızı xalq artistinə paltar tikib.

 

Bu barədə Brilliant xanımın özü İctimai televiziyada yayımlanan verilişlərin birində deyib. Xalq artistinin sözlərinə görə, müğənni Rəqsanənin modelyerliyə yeni başlayan qızı Aysun Brilliant xanımın canlı yayıma qonaq gələcəyini bildiyi üçün gecə ilə ona hələ təqdimatını etmədiyi kolleksiyasından paltar hədiyyə göndərib. Kapüşonlu, tünd göy rəngdə paltarın ətəyi çox uzundur.

 

Hədiyyə almağı sevən xanım Dadaşova etdikləri jestə görə Rəqsanəyə və qızına elə canlı efirdən öz təşəkkürlərini ünvanladı. 

 

Onu da vurğulayaq ki, B.Dadaşova rəhbəri olduğu ansamblın müşayiətilə qonaq olduğu verilişdə bir neçə saat ərzində həm öz repertuarından, həm də bir neçə xalq və bəstəkar mahnılarını canlı olaraq səsləndirib. Verilişin finalında B.Dadaşova xanəndə Ehtiram Hüseynovla birlikdə muğam da oxuyub. 

Показывать фото: 
Показать в ноде