David Guetta – Where Them Girls At feat. Flo Rida
Radionu dinlə: 128 kb/s 64 kb/s 32 kb/s 16 kb/s

Bakıda bayram konserti olacaq

28 May - Respublika Günü münasibətilə Heydər Əliyev Sarayında bayram konserti olacaq.

 

Bu barədə Trend-ə Sarayın mətbuat xidmətindən məlumat verilib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Vətənimdir Azərbaycan" adı altına keçiriləcək. Konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcəklər.


Konsertdə xalq artistləri - Aygün Kazımova, Faiq Ağayev, Ağadadaş Ağayev, əməkdar artistlər - Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, Almaz Ələsgərova, Ənvər Sadıqov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yahyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, "Şeron" qrupu, Natəvan Həbibi, Zamiq Hüseynov, Elton Məmmədov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, "Asiman" rəqs qrupu iştirak edəcəklər.

 

Konsert mayın 28-də saat 19:00-da başlayacaq. 

Показывать фото: 
Показать в ноде