David Guetta – Where Them Girls At feat. Flo Rida
Radionu dinlə: 128 kb/s 64 kb/s 32 kb/s 16 kb/s

1 may tarixindən milli telekanallarda xarici teleserialların nümayişi dayandırılır

Mayın 1-dən milli telekanallarda xarici teleserialların nümayişi dayandırılır.


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, qadağa ancaq teleseriallara aiddir.

“Telekanallar öz işlərini buna uyğun qurmalıdır. Bununla bağlı hər hansı əlavə fikir formalaşdırmaq doğru deyil. Bu, bizim tərəfimizdən qətiyyətlə pislənilir. Xarici serialların dayandırılması məsələsi bu ildən başlamayıb.


Hələ ötən ildən biz bununla bağlı telekanallarla mütəmadi görüşlər keçirmişik. 1 ildən artıqdır ki, bu məsələ müzakirə olunur.


Telekanalların da borcu idi ki, bu işə hazır olsun. Onların bəziləri bu məsələni uzatmaq və özlərinə hər hansı əziyyət vermək istəmir. Amma telekanallar cəmiyyət qarşısında məsuliyyət daşıyır.

 

O məsuliyyətin biri də Azərbaycan tamaşaçılarını Azərbaycanda istehsal olunan filmlərlə təmin etməkdir. Telekanallar işlərini xaricdə istehsal edilən filmləri göstərməklə bitmiş hesab etməli deyil”.

Əcnəbi seriallara qadağa hal-hazırda nümayiş olunanlara da şamil ediləcək, yəni ki, onlar yarımçıq dayandırılacaq.


Bu qərarın yerli aktyorlar, ssenaristlər və ümumilikdə kino sənayesinin inkişafı naminə atılan addım olduğunu qeyd edən N.Məhərrəmli vurğulayıb ki, qadağa əcnəbi bədii filmlərə, cizgi və sənədli filmlərə aid deyil.


Qeyd edək ki, dövlət tərəfindən telekanalların hər birinə öz məhsullarını ərsəyə gətirmək məqsədilə 500 min manat maddi vəsait ayrılıb. Məqsəd yerli kino istehsalçısını qorumaq, kinonun inkişafına kömək etməkdir.

Показывать фото: 
Показать в ноде