David Guetta – Where Them Girls At feat. Flo Rida
Radionu dinlə: 128 kb/s 64 kb/s 32 kb/s 16 kb/s

Radio haqda

Radio MOR internet üzərindən yayımlanan gənc bir radio layihədir.

Radio MOR – Modern Online Radio özünün gənc olmağına baxmayaraq, Azərbaycan gənclərinin internet məkanında ən çox dinlədiyi radiodur. Məhz elə buna görədə radio “Biz Gənclərin Zövqündəyik” devizi altında fəaliyyət göstərir.

Radio MOR ilkin olaraq musiqili layihədir. Çünki musiqi birbaşa olaraq hər zaman bizim əhval-ruhiyyəmizin fonundadır. Biz isə dinləyicələrə daha çox pozitiv əhval-ruhiyyə bəxş etmək üçün, musiqinin ən əlasını seçmişik. Radio MOR-da səslənən musiqilərin əksəriyyətini əcnəbi xitlər, eyni zamanda hər saatın birincisi və o saat ərzində öz yeganə pozisiyasını qoruyub saxlayan milli musiqimizin seçilmişləri təşkil edir.

Rəqs etmək istəyən Radio MOR-u dinləyir. Çünki burada daha çox rəqs üslubunda olan musiqilər səslənir.

Radio MOR hər gün gecə yarısı səhərə kimi həzin musiqilər səsləndirir. Həzin musiqini sevənlər gecə yarısı bizim radioya köklənirlər.

Musiqi ilə yanaşı, Radio MOR-un verilişləridə sırf gənclərin zövqündədir. Bizim verilişlərdə verilən suallar gəncləri düşündürür, alınan cavablar maarifləndirir, musabiqələrimiz isə hər zaman hədiyyə qazandırır. Burada mədəniyyət, şou-biznes, tibb, təhsil, cəmiyyət, avtomobil, texnologiya və s. bu kimi sahələr ətrafında mövzular müzakirə olunur. 

Radio MOR siyasətdən uzaq bir layihədir. Burada heç vaxt siyasət haqqında danışılmayıb və danışılmayacaq, siyasi mövzular müzakirə olunmayıb və olunmayacaq. Lakin yerli və əcnəbi siyasətçilər haqqında olan maraqlı məqamlarda diqqətimizdən kənar olmadığı kimi, dinləyicilərədə bu məqamları çatdırmaq borcumuzdur.

Radio MOR günün 24 saatı, həftənin 7 günü fasiləsiz olaraq yayımlanır və heç də dayanmağa cəhd göstərmir!

Radio MOR hər zaman fəal gənclərin nəbzini tutmaqdadır! Əlinizi verin, nəbzinizi tutaq!